Layihə haqqında

İnternetdə azərbaycan dilində veb proqramlaşdırmanın əsaslarını düzgün öyrədən resurslar azdır. Müəyyən resurslar isə artıq köhnəlmiş veb texnologiyalarını başa salırlar. Layihənin məqsədi bu problemi aradan qaldırmaq, veb proqramlaşdırmanın əsaslarını öyrənmək istəyənlərə köməklik etməkdir.

Saytda həm ödənişsiz, həm də ödənişli (öyrədiləcək kursun keyfiyyətini qiymlətləndirmək üçün 3-10 dərs hər kəsə açıq olacaq) kursların yerləşdirilməsi nəzərdə tutulub. Ödənişli kursların qiyməti hər kəsin büdcəsinə uyğun olacaq.

Veb proqramlaşdırma sahəsində ilk addımlarını atan hər kəsə uğurlar arzu edirəm.