PHP
- Giriş
- OpenServer-in quraşdırılması və tənzimlənməsi
- PHPStorm proqramının quraşdırılması və tənzimlənməsi
- Dəyişənlər
- Verilənlərin tipi
- Tip çevrilmələri
- Operatorlar
- Massivlər
- Şərt operatorları
- Dövr operatorları
- Faylların qoşulması
- Funksiyalar
- Massivlərlə işləyən funksiyalar
- GET metodu
- POST metodu
PHPStorm proqramının quraşdırılması və tənzimlənməsi
Bu dərsdə PHP proqramçılar üçün PHPStorm adlı IDE (Integrated Development Environment - İnteqrasiya olunmuş işlənmə mühiti) redaлtorunu nəzərdən keçirəcəyik. Bu redaktor kod işıqlandırmasına, müxtəlif interfeys görünüşlərinə, kodu avtotamamlama funksiyasına və bir sıra çoxlu imkanlara malikdir. Sözügedən redaktordan istifadə etmək üçün aylıq 99 dollar ödəmək lazımdır. Ancaq ödənişsiz istifadə variantları da mövcuddur.
İstifadə variantları
Sınaq versiyası
Proqram təminatını satın almazdan öncə 30 günlük sınaq versiyası ilə tanış olmaq imkanı əlçatandır. Bundan sonra satın almaqla bağlı öz qərarınızı verə bilərsiniz.
Satınalma
Əgər proqram təminatının işi sizi tam qane edirsə, həmçinin satış qiyməti büdcənizə uyğundursa, bu zaman onun lisenziyasını satın almaq ən yaxşı variantdır. Bu halda növbəti 2-3 il üçün istifadə müddətinin qiymətinə endirim edilir. Aylıq ödəniş də mümkündür. Proqramın lisenziyasını burdan satın ala bilərsiniz.
Early Access Programm (EAP)
Mən məhz bu variantı seçmişəm. Bu proqramın beta versiyasıdır, aşkar olunan səhvlər proqram təminatının yaradıcılarına göndərilir. Burdan yükləyə bilərsiniz.
PHPStorm-u quraşdırırıq
Quraşdırıcını işə salırıq. Quraşdırma bitdikdən sonra proqramı işə salırıq. İlk növbədə layihədəki bütün fayllar üçün düzgün kodlaşdırmanı təyin etmək lazımdır. File -> Settings seçirik. Açılan pəncərədən Editor menyusuna keçirik, File Encodings seçirik və aşağıdakı tənzimləmələri edirik:
Global Encoding: UTF-8
Project Encoding: UTF-8
Default encoding for properties files: UTF-8
İndi PHPStorm proqramında index.php faylını açırıq. File -> Open seçirik və açılan pəncərədən php-beginner qovluğunu (D:\OpenServer\domains\php-beginner) seçib ona daxil oluruq. Sonra index.php faylını seçib OK düyməsinə sıxırıq:
Nəticə:
CTRL+ALT+L klavişlər kombinasiyası redaktorda kodu səliqəli şəkildə formatlamağa imkan verir.
Şərh yazmaq üçün hesabınıza daxil olun.