PHP

OpenServer-in quraşdırılması və tənzimlənməsi

PHP proqramlaşdırma dilində yazılmış skriptləri kompüterdə icra etmək üçün lokal veb server quraşdırmalıyıq. Lokal veb server - kompüterdə veb server mühitini imitasiya edən proqram təminatıdır.

OpenServer-in saytına daxil olub proqramı yükləyirik.

OpenServer-i quraşdırırıq

Proqramı kompüterə yüklədikdən sonra .exe faylını icra edirik və proqramı quraşdırmaq üçün qovluq seçirik. Mən proqramı D:/ diskində OpenServer qovluğuna quraşdırıram:

OpenServer-i quraşdırırıq

Quraşdırma bitdikdən sonra kompüteri yenidən işə salırıq (restart).

OpenServer-i tənzimləyirik

OpenServer qovluğunda Open Server Panel.exe faylı və aşağıdakı 3 qovluq yerləşir:

  • domains - lokal saytların saxlanılması üçün nəzərdə tutulmuş qovluqdur. Bu qovluğun içərisində lokal saytlar yarada bilərik
  • modules - Bu qovluqda PHP modullarının icra olunan faylları və onların işləməsi üçün lazımi kitabxana, əlavə fayllar yerləşir
  • userdata - Bu qovluqda istifadəçi VBİS-nin (verilənlər bazasının idarəetmə sistemi) məlumatları, keş faylları, loq məlumatları və modulların konfiqurasiya faylları yerləşir

Open Server Panel.exe faylını icra edirik. Açılan pəncərədən rus dilini seçib Ok düyməsinə sıxırıq.

Tapşırıqlar panelində (system tray) qırmızı rəngli bayraq işarəsi görsənir:

Tapşırıqlar panelində qırmızı rəngli bayraq işarəsi görsənir

Həmin işarənin üzərində mausun düyməsini sıxırıq və açılan menyudan Настройки seçirik. Proqramın əsas pəncərəsi açılır. Модули bölməsinə keçib PHP-nin versiyasını - PHP_8.1 və Apache-ın versiyasını - Apache_2.4-PHP_8.0-8.1 seçirik:

OpenServer-i tənzimləyirik

Sonra Домены bölməsinə keçərək Автопоиск доменов və domenin əsas qovluğu kimi daha çox varianta malik bölməni seçirik:

OpenServer-i tənzimləyirik

Bundan sonra Сохранить düyməsinə sıxırıq və tənzimləmələr pəncərəsini bağlayırıq.

"Dünyanı salamlayan" skript yazırıq

Ardıcıllıqla aşağıdakı addımları icra edirik:

  • domains qovluğuna daxil oluruq (D:/OpenServer/domains/)
  • domains qovluğunun içərisində php-beginner adlı qovluq yaradırıq
  • php-beginner qovluğunun içərisində index.php faylı yaradırıq

index.php faylını Notepad++ redaktorunda açırıq və UTF-8 kodlaşdırmasını təyin edirik.  Və ötən dərsdəki skriptin kodunu index.php faylına əlavə edirik:

ilk php skript

İndi isə veb-serveri aktiv edib skriptin işini yoxlayırıq. Tapşırıqlar panelində bayraq işarəsinin rəngi yaşıl olmalıdır:

serveri işə salırıq

Brauzeri açıb http://php-beginner/ ünvanına daxil oluruq:

ilk php skripti

Təbrik edirəm, ilk skriptinizi yazdınız.

0
Çalışmalara (1) giriş əldə etmək üçün hesabınıza daxil olun.

Şərh yazmaq üçün hesabınıza daxil olun.