MySQL

"SQL" (Structured Query Language; azərb. Strukturlaşdırılmış sorğu dili‎) – münasibətli verilənlər bazasını idarə etmək üçün istifadə olunan sorğu dilidir. Bu dilin əsasında həm sadə həvəskar bloqlar, həm də çox yüklənmiş mürəkkəb sistemlər işləyə bilərlər. Buna görə "MySQL" verilənlər bazasının idarəetmə sistemi (bundan sonra VBİS) proqramçının əsas alətlərindən biri hesab edilir.

Bu kursda münasibətli verilənlər bazasının anlayışı, sorğuların düzgün tərtib edilməsi və "SQL" dilinin digər incəlikləri barədə məlumat veriləcək.

"MySQL" kursu sözügedən sorğu dilinin əsas aspektlərini əhatə edir və onu öyrənməyə imkan verir. Tədris proqramına ən vacib mövzular daxil edilib.

Emil Hüseynov Başlanğıc səviyyə
kurslar

Kursun proqramı

  1. Münasibətli verilənlər bazası ilə tanışlıq
  2. MySQL-ə giriş
  3. MySQL əmrləri
  4. MySQL-də verilənlərin tipi
  5. MySQL-də sorğuların icra olunması
  6. Verilənlər bazasının normallaşdırılması
  7. Cədvəllər arasında əlaqə
  8. Tranzaksiya