Git

Github platforması

Hazırda first-project layihəsi yalnız kompüterdə saxlanılır. Lakin Git-in əsas üstünlüklərindən biri fayllar üzərində bir neçə nəfərdən ibarət komandanın işləmə imkanı və rahatlığıdır. Repozitorini, məsələn, digər komanda yoldaşı ilə paylaşmaq üçün onun uzaq serverdə versiyasını yaratmaq lazımdır.

Komanda şəklində iş prosesi aşağıdakı kimidir: siz layihənin faylları üzərində işləyirsiniz və onları lokal (kompüterinizdə) repozitoridə saxlayırsınız. Fayllara edilmiş çoxlu sayda dəyişiklikləri digər komanda yoldaşları ilə paylaşmaq üçün onları uzaq serverdə yaradılmış repozitoriyə yükləyirsiniz. Bu halda komanda yoldaşlarınız həmin dəyişiklikləri görə, hətta onları öz kompüterlərinə yükləyə bilərlər.

Github platforması

Komanda şəklində belə işləmək üçün bir neçə platforma vardır, onlardan ən populyarı GitHub-dır.

Github nədir?

GitHub - İT layihələrini saxlamaq və Git-in köməyilə onlar üzərində birgə iş aparmaq üçün platformadır.

GitHub Git repozitorilərini saxlamaq üçün ən populyar saytdır. Google, Apple, Valve kimi bir çox nəhəng şirkətlər öz layihələrini saxlamaq üçün GitHub-dan istifadə edirlər.

Github-da müxtəlif növ layihələr yaratmaq olar:

  • özəl - yalnız sizin üçün
  • komanda - yalnız komanda üzvləri üçün
  • publik - hər kəs üçün

Həmçinin open source (açıq mənbə kodlu) layihəyə qoşularaq onun üzərində işləyə bilərsiniz.

Bundan başqa, GitHub proqramçılar üçün sosial şəbəkədir. 2008-ci ildə istifadəyə verildiyi gündən bəri 10 milyonlarla insanı birləşdirib, onlara öz ideyalarını həyata keçirmək və əməkdaşlıq qurmaq imkanı yaradıb.

Git və uzaqdan iş üçün platformalar

Git:

  • lokal və uzaq repozitorilərlə işləmək üçün konsol alətidir
  • açıq mənbə koduna malik layihədir

GitHub:

  • uzaq repozitorilərin yerləşdirilməsi üçün platformadır
  • Microsoft korporasiyasına məxsusdur

Komanda şəklində işləmək üçün başqa platformalar da vardır. Məsələn, Git ilə işləməyə imkan verən GitLab və Bitbucket. Bu platformaların hər birinin öz xüsusiyyətləri və funksionallığı vardır.

Github-da qeydiyyat

Siz GitHub platforması ilə tanış oldunuz. İndi qeydiyyatdan keçməyin vaxtıdır. Başladıq!

1. Github-un əsas səhifəsində yuxarı sağ küncdə Sign up düyməsinə sıxın

sign düyməsi

2. Ardıcıllıqla aşağıdakı xanaları müvafiq məlumatlarla doldurmaq lazımdır:

  • Enter your email (E-poçt ünvanı daxil edin)
  • Create a password (Şifrə yazın)
  • Enter a username (İstifadəçi adı daxil edin)

3. Would you like to receive product updates and announcements via email? (Platforma e-poçt üzərindən yeniliklər və xəbərlər almaq istədiyinizi soruşur). Əgər razısınızsa, y, razı deyilsinizsə, n yazın.

4. Continue düyməsinə sıxın

Github platformasında qeydiyyat

5. Github platforması sizə captcha-dan keçməyi təklif edəcək. Captcha istifadəçinin insan və ya bot olduğunu müəyyənləşdirən testdir.

6. Captcha-dan keçdikdən sonra Create account (Hesab yaratmaq) düyməsinə sıxın

7. Daxil etdiyiniz e-poçt ünvanına göndərilən kodu yazın:

e-poçt təsdiqləmə

Təbrik edirəm! GitHub-da uğurla qeydiyyatdan keçdiniz.

0

Şərh yazmaq üçün hesabınıza daxil olun.