Git

Kommitlərin tarixçəsinə səyahət

Əgər əvvəlki dərsdə çalışmanı həll etmisinizsə, o zaman first-project repozitorisində 2 kommit olacaq. Həmin kommitlərə baxmaq üçün git log əmrindən istifadə edilir. Git Bash proqramında first-project repozitorisinə daxil olub git log əmrini icra edirik:

kommitlərin tarixçəsinə baxırıq

Diqqət edin ki, git log əmri kommitləri əks ardıcıllıqla göstərir, sonuncu kommit birinci gəlir. Buna əmin olmaq üçün kommitlərin yaradılma tarixinə baxın.

Əgər git log əmrinin icrasından sonra repozitoridə yalnız bir kommit olduğunu və ya heç bir kommit olmadığını görsəniz, əvvəlki dərsə qayıdın, git addgit commit əmrlərinin düzgün ardıcıllıqla yerinə yetirilməsinə əmin olun.

Təbrik edirəm! Bu kiçik, lakin vacib dərsdə siz git log əmri ilə "tanış oldunuz". Kommitlərin tarixçəsinə baxmaq üçün bu əmrdən istifadə edin.

0

Şərh yazmaq üçün hesabınıza daxil olun.