Git
- Git versiya nəzarət sistemi nədir?
- Windows istifadəçiləri üçün əmr sətrinin quraşdırılması
- Git-in tənzimlənməsi
- Birinci kommit
- Kommitlərin tarixçəsinə səyahət
- Github platforması
- Serverdə repozitori yaradırıq
- SSH nədir? SSH açarlar yaradırıq və Github ilə əlaqə qururuq
Windows istifadəçiləri üçün əmr sətrinin quraşdırılması
Əmr sətri (Command-line İnterface) kompüterlə qarşılıqlı əlaqə yaratmaq üçün əsas vasitələrdən biridir.
Əgər siz macOs və ya Linux istifadəçisinizsə, sizdə artıq əmr sətri əlçatandır. Yox əgər kompüteriniz Windows sisteminin idarəetməsi altında işləyirsə, əmr sətrini quraşdırmaq lazımdır. Aşağıdakı təlimata riayət edin.
Qrafik interfeys vs əmr sətri
Proqramlar qrafik istifadəçi interfeysinə (Graphical User Interface, GUI) malikdirlər. Qrafik istifadəçi interfeysi pəncərə, ikonka, düymələr, açılan menyu və digər elementlərdir.
Əmr sətri mətn interfeysidir. İstifadəçi ona əmr yazır, əmr sətri isə həmin əmrləri icra edir. Əmr sətri kompüterə quraşdırılmış adi proqramdır. Məsələn, brauzer kimi.
Qovluq yaratmaq üçün siz mausun sağ düyməsinə sıxıb qrafik menyudan lazımi bölməni seçirsiniz. Bunu əmr sətrinin köməyilə də etmək mümkündür - sadəcə müvafiq əmri və qovluğun adını yazıb Enter düyməsinə sıxmaq lazımdır.
Əmr sətrini çox vaxt terminal və ya konsol adlandırırlar. Əvvəllər kompüterlərin görünüşü indiki kimi deyildi. Yalnız xüsusi qurğuların (terminal və konsol) köməyilə məlumat daxil etmək və ya proqramları icra etmək mümkün idi. Onların köməyilə insan və kompüter arasında qarşılıqlı əlaqə yaradılırdı.
Əmr sətri və Git
Git - bu, həmçinin əmr sətrinin köməyilə işləyə bilən proqramdır. Git üçün istənilən qrafik interfeys sadəcə istifadəçi kliklərini proqram əmrlərinə çevirir.
Əgər siz terminal vasitəsilə işləməyi öyrənsəniz, sonra Git üçün qrafik interfeysi mənimsəmək asan olacaq. Bu kursda əmr sətrindən istifadə ediləcək.
Quraşdırma təlimatı
Bir neçə quraşdırma üsulu vardır. Mən Git for Windows paketini tövsiyə edirəm. Paket yalnız Git Bash konsol alətini deyil, həm də Git-i quraşdırır. Aşağıdakı addımları ardıcıllıqla yerinə yetiririk:
Git rəsmi saytının bu səhifəsinə keçirik
Windows sisteminin tipinə uyğun versiyanı (məndə 64 bitlik versiyadır) kompüterimizə yükləyirik:
Quraşdırıcını işə salırıq. Lisenziya müqaviləsini qəbul edib Next düyməsinə sıxırıq. Növbəti addımda proqramın quraşdırılacağı qovluğun yerini seçmək təklif edilir. Olduğu kimi saxlayıb Next düyməsinə sıxırıq:
Komponent seçmək təklif edilir. Proqramın yarlıkını işçi masaya əlavə etmək üçün On the Desktop seçimini aktiv edirik. Digər parametrləri olduğu kimi saxlayıb Next düyməsinə sıxırıq:
Start Menu üçün qovluğun adını yazmaq təklif olunur. Olduğu kimi saxlayıb Next düyməsinə sıxırıq:
Git üçün redaktor seçmək təklif olunur. Mən Notepad++ redaktorunu seçirəm. Əgər sizdə digər redaktorlar (məsələn, Sublime, Atom, VSCode) quraşdırılıbsa, onlardan birini seçə bilərsiniz. Əgər heç bir redaktor quraşdırılmayıbsa, onda Use Notepad variantını seçin, çünki Vim redaktorundan istifadə sizə çətin gələ bilər. Next düyməsinə sıxırıq:
Əvvəllər GitHub-da yaradılan repozitoriyalarda əsas budaq master adlanırdı, lakin 11 oktyabr 2020-ci il tarixindən (Black Lives Matter hərəkatının etiraz dalğasından sonra) o, main adlandırılıb. Birinci seçim yeni repozitoriyaları master budağı ilə yaradır. İkinci seçim yeni repozitoriyalara standart budaq adı seçməyə imkan verir. Biz ikinci seçimi seçib Next düyməsinə sıxırıq:
Bundan sonra quraşdırıcı bir çox variant təklif edəcəkdir. Standart parametrləri olduğu kimi saxlayıb quraşdırma prosesi başlayana kimi bir neçə Next düyməsinə sıxırıq.
Quraşdırma bitdikdən sonra View Release Notes seçimini deaktiv, Launch Git Bash seçimini isə aktiv edib Finish düyməsinə sıxırıq:
Git Bash konsolu açılır:
Əgər konsolu görürsünüzsə, deməli, quraşdırma uğurlu olub. Təbrik edirəm! Artıq kompüterinizə Git quraşdırılıb.
Git-in versiyasını öyrənmək üçün konsolda aşağıdakı əmri yazıb Enter düyməsinə sıxırıq:
git version
Şərh yazmaq üçün hesabınıza daxil olun.