Alqoritmlər və verilənlərin strukturları

Kurs proqramçılara gündəlik iş prosesində qarşılaşdığı problemləri həll etmək üçün lazım olan əsas alqoritm və verilənlər strukturlarını öyrədir. Bu və ya digər alqoritmin hansı hallarda uyğun olduğunu təhlil edəcəyik. "Böyük-O" notasiyasından istifadə edərək alqoritmlərin qiymətləndirilməsini, onların mürəkkəbliyini, işləmə sürətini və yaddaşa olan tələblərini öyrənəcəksiniz.

Axtarış alqoritmləri, rekursiya, birtərəfli əlaqəli siyahılar, stek, növbə və sairə anlayışlarla tanış olacaqsınız.

Emil Hüseynov Orta səviyyə
kurslar

Kursun proqramı

  1. Alqoritm nədir?
  2. Rekursiya
  3. Axtarış alqoritmləri