URL ünvan nədir?
- URL ünvanın strukturu
- Protokol (Scheme)
- Authority
- Resursun yerləşdiyi qovluğu göstərən yol
- Parametrlər
- Marker (göstərici)
URL
ünvan Ümumdünya hörümçək torunun (ing. World Wide Web, qısaca: WWW və ya veb) əsas anlayışlarından biridir.
URL
(ing. Uniform Resource Locator - universal resurs göstəricisi) - internetdə resursun unikal ünvanıdır. URL ünvan bizə internetdə vebsayt, şəkil, faylları tapmaqda kömək edir.
URL ünvanının strukturu
Aşağıda bir neçə URL
ünvan nümunəsi göstərilib:
https://vebkurs.info/
https://vebkurs.info/courses
https://vebkurs.info/blog?heading=&category_id=allCategories&publishedYear=2021
Yuxarıdakı URL
ünvanlarından hər hansı birini brauzerin ünvan sətrinə yazıb Enter düyməsinə sıxdıqda, həmin veb səhifə (resurs) açılır:
URL
ünvan müxtəlif hissələrdən ibarətdir, onların bəzilərinin yazılması mütləqdir, digərləri isə vacib deyil. Ən vacib hissələr aşağıdakı URL ünvanda göstərilib:
Protokol (Scheme)
URL
ünvanının birinci hissəsi olan protokol server və kliyent (brauzer) arasında düzgün məlumat mübadiləsi üçün lazımdır. Adətən veb saytlar üçün HTTPS
(təhlükəsiz versiya) və ya HTTP
protokollarından istifadə edilir.
Müasir brauzerlər HTTPS
və ya HTTP
protokollarını başlanğıc ayar olaraq dəstəkləyirlər, buna görə brauzerin ünvan sətrində URL
ünvanını yazarkən protokolu göstərmək vacib deyil, brauzer özü onu avtomatik yerləşdirir.
Brauzerlər, həmçinin digər protokolları (məsələn, mailto:
, ftp
, file
, data
) dəstəkləyirlər. mailto:
protokolu poçt kliyentinin açılması, ftp
protokolu isə faylların ötürülməsi üçün istifadə edilir.
Authority
URL
ünvanda ://
simvollar şablonundan sonra authority adlanan hissə gəlir. Strukturu aşağıdakı kimidir:
authority = [ userinfo "@" ] host [ ":" port ]
Authority
adlanan hissə domen adından (məsələn, www.vebkurs.info
) və ondan qoşa nöqtə ilə ayrılan port nömrəsindən (80
) ibarətdir:
-
Hər bir saytın
IP
ünvanı (məsələn,95.213.159.118
) var. Lakin bu rəqəmlər yığınını yadda saxlamaq çətindir. Buna görə də domen adları sistemi –DNS
(Domain Name System) yaradılıb və bu sistemIP
ünvanların əvəzinə istifadəçi üçün daha anlamlı olan adlardan (məsələn, www.vebkurs.info) istifadəyə imkan verir. Belə ki, istifadəçi brauzerin ünvan sətrində saytın adını yazdıqdaDNS
serverlər avtomatik olaraq onuIP
ünvana çevirirlər.Beləliklə, domen adı brauzerə
DNS
texnologiyasının köməyilə resursun yerləşdiyi veb serveri tapmaqda kömək edir. - Port veb serverdə yerləşən resursa müraciət üçün texniki "qapı" rolunu oynayır.
HTTP
protokolu üçün 80,HTTPS
üçün isə 443 nömrəli portlardan istifadə edilir. Bu portlar standart olduğundanURL
ünvanda yazılmırlar. Məsələn, brauzerin ünvan sətrindəhttps://vebkurs.info:443/courses/php-beginner
yazsanız, avtomatik olaraqhttps://vebkurs.info/courses/php-beginner
kimi olacaq.
Əgər resursun işləməsi üçün başqa port nömrəsi lazımdırsa, o, mütləq yazılmalıdır.
Bundan başqa, authority
adlanan hissə istifadəçi haqqında informasiyadan ibarət ola bilər:
http://admin:123@www.example.com/login
admin
- loqin, 123
- şifrə, @
- ayırıcı, www.example.com
isə domen adıdır. Sistemə avtomatik giriş baş verəcək, çünki brauzer bütün lazımi məlumatları bağlantıdan əldə edəcəkdir.
Resursun yerləşdiyi qovluğu göstərən yol
Yuxarıdakı şəkildə /path/to/myfile.html
- bu, resursun veb serverdəki ünvanıdır. İnternetin yaranmasının ilk illərində resursun ünvanı veb serverdə faylın həmin qovluqda yerləşməsindən xəbər verirdi. Hazırda resursun ünvanı veb serverlər tərəfindən idarə olunur. Məsələn, vebkurs.info
saytında blog
qovluğu əslində yoxdur, ancaq https://vebkurs.info/blog
URL
ünvanı əlçatandır.
Parametrlər
?key1=value1&key2=value2
- brauzer bu əlavə parametrləri veb serverə göndərir. Bu parametrlər &
simvolu ilə bir-birindən ayrılan key/value (parametr/qiymət) siyahısıdır. Veb server resursu kliyentin qurğusuna göndərməzdən öncə əlavə əmrlər icra etmək üçün bu parametrlərdən istifadə edə bilər. Məsələn, https://vebkurs.info/blog
ünvanında məqalələr dərc edilir. Filtrdən dərc ilinin parametrini 2021 seçib Axtar düyməsinə sıxdıqda brauzer serverə ?heading=&category_id=allCategories&publishedYear=2021
parametrlərini göndərir və veb server yalnız 2021-ci ildə dərc edilmiş məqalələri brauzerə geri qaytarır.
Marker (göstərici)
#SomewhereInTheDocument
- bu, sənədin digər hissəsinə (məsələn, məqalənin başlıqlarına) sürətli keçid etməyə imkan verən markerdir. Marker sanki əlfəcini xatırladır və brauzerə həmin əlfəcində yerləşmiş kontenti göstərmək üçün təlimat verir. Məsələn, brauzer HTML sənədində markerin təyin edildiyi nöqtəyə doğru sürüşür (yerini dəyişir). Qeyd etmək lazımdır ki, #
simvolundan sonrakı hissə (fraqment identifikatoru) heç vaxt sorğu ilə birgə serverə ötürülmür.
Şərh yazmaq üçün hesabınıza daxil olun.