GZIP sıxma
- Hansı faylları sıxmaq olar?
- GZIP sıxma necə işləyir?
- GZIP sıxmanı onlayn yoxlamaq
- GZIP sıxmanı brauzerin köməyilə yoxlamaq
- GZIP sıxmanın aktivləşdirilməsi
- Yekun
İstifadəçi ilk dəfə sayta daxil olduqda brauzer veb səhifənin göstərilməsi üçün lazımi bütün faylları yükləməlidir. Bu məqsədlə brauzer saytın yerləşdiyi serverə sorğu göndərir. Server həmin sorğu üzrə lazımi məlumatları tapıb geri qaytarır.
Əgər faylların həcmi çox böyükdürsə, istifadəçi onların yüklənməsini gözləməlidir. Bu an kompüterin ekranında ağ və ya hələ tam yüklənməmiş veb səhifə görsənir.
Google şirkətinin araşdırmasına görə, əgər veb səhifənin yüklənməsinə 3 saniyədən çox vaxt tələb olunursa, hər ikinci istifadəçi səhifəni tərk edir.
Bunun qarşısını almaq üçün istifadə edilən üsullardan biri GZIP sıxmadır. Mətn formatlarının (HTML, CSS, Javascipt) sıxılması onların həcmini 70% azalda bilər. Server kliyentə cavab (response) göndərməzdən əvvəl məlumatlar GZIP proqramının köməyilə sıxılır. Sıxılmış cavabı qəbul edən brauzer onu açır və istifadəçiyə göstərir.
GZIP alqoritmi Jan-Lu Qailli və Mark Adler tərəfindən hazırlanıb.
Hansı faylları sıxmaq olar?
Bütün mətn fayllarını sıxmaq mümkündür:
- HTML
- XML
- CSS
- Javascript
- txt
- Digər mətn faylları
GZIP sıxma necə işləyir?
Məsələn, HTML və CSS kodlarında təkrarlanan və ya lazımsız elementlər vardır: məsələn, boşluq simvolları. GZIP utiliti onları tapır, server və brauzer arasında məlumat mübadiləsi zamanı ötürülən faylların həcmini azaldır. Bu halda ötürülən faylların həcmi azalır və onlar kliyentin brauzerinə daha sürətli ötürülür.
GZIP proqramı 1-9 aralığında sıxma səviyyəsini dəstəkləyir. Prosessoru çox yükləməmək üçün sıxma səviyyəsini 5 təyin etmək tövsiyə edilir.
GZIP sıxmanı onlayn yoxlamaq
https://www.giftofspeed.com/gzip-test/ onlayn xidməti vasitəsilə saytda GZIP sıxmanın aktiv edilməsini, kontentin real həcmini, sıxılmış kontentin həcmini, sıxma faizini öyrənmək mümkündür:
GZIP sıxmanı brauzerin köməyilə yoxlamaq
Firefox brauzerində GZIP sıxmanı yoxlamaq üçün aşağıdakı addımları etmək lazımdır:
- F12 düyməsinə sıxırıq
- Сеть (Network) seçirik
- Brauzerin ünvan sətrində saytın URL ünvanını (məsələn, vebkurs.info) yazıb Enter düyməsinə sıxırıq
- Сеть (Network) bölməsində Все (All) seçirik
- Название (Name) bölməsindən "vebkurs.info" seçirik
- "Заголовки" (Headers) seçirik
"Content-encoding: gzip" başlığı onu bildirir ki, kontent sıxılmış vəziyyətdə göndərilib.
GZIP sıxmanın aktivləşdirilməsi
Hazırda əksər hostinq provayderlərin panelində GZIP sıxmanı aktivləşdirmək imkanı əlçatandır:
Əgər sizin hostinq panelində belə funksionallıq yoxdursa, onda özünüz veb serverdə dəyişiklik etməlisiniz.
NGINX veb serverində GZIP sıxmanın aktivləşdirilməsi
NGINX veb serveri başlanğıc ayar kimi yalnız HTML fayllarını sıxır. Digər mətn formatlarını sıxmaq üçün server kompüterində nginx.conf faylını açırıq və aşağıdakı kodu ona əlavə edirik:
server {
...
gzip on;
gzip_proxied expired no-cache no-store private auth;
gzip_types text/css text/xml application/javascript text/plain application/json image/svg+xml image/x-icon;
gzip_comp_level 5;
}
gzip on
- GZIP sıxmanı aktiv edir
gzip_types
- sıxılmalı olan fayl tipləri yazılır
gzip_comp_level
- sıxma səviyyəsini təyin edir
Apache veb serverində GZIP sıxmanın aktivləşdirilməsi
Aşağıdakı kodu .htaccess faylına əlavə etmək lazımdır:
<IfModule mod_deflate.c>
AddOutputFilterByType DEFLATE text/plain
AddOutputFilterByType DEFLATE text/html
AddOutputFilterByType DEFLATE text/xml
AddOutputFilterByType DEFLATE text/css
AddOutputFilterByType DEFLATE application/xml
AddOutputFilterByType DEFLATE application/xhtml+xml
AddOutputFilterByType DEFLATE application/rss+xml
AddOutputFilterByType DEFLATE application/javascript
AddOutputFilterByType DEFLATE application/x-javascript
</IfModule>
Yekun
GZIP sıxmadan istifadənin əsas məqsədi veb saytın yüklənməsini sürətləndirməkdir.
Şərh yazmaq üçün hesabınıza daxil olun.